İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlara ümumilikdə 47 min 483 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, müraciətlərin 7 min 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 min 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bununla yanaşı, 6 min 35 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfə şagird qəbulu, eləcə də digər təhsil məsələləri ilə bağlı olub.
