Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə başlanılıb.
Bu barədə NUHÇIXAN-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.
