Azərbaycanda 24 mindən çox 1-3 yaşlı körpə bağçaya gedir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 1-3 yaş aralığında olan 24 427 körpə Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 803 körpələr evi və körpələr evi–uşaq bağçasına təlim-tərbiyə prosesindədir.
Bundan başqa, 3 yaşdan yuxarı 88 993 şəxs isə 1 799 körpələr evi və körpələr evi–uşaq bağçasında təhsil alır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.
