Agentliyin direktoru: Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür
Peşə təhsili üzrə qəbul sahəsində regionların inkişafı prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilib. Bu il qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür.
NUHÇIXAN xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı təşkil olunan brifinqdə deyib.
Direktor bildirib ki, regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 21 min 820 plan yeri ayrılıb ki, bu da ümumi qəbul planının 66 faizini təşkil edir. Bakı şəhərində yerləşən peşə təhsili müəssisələri üzrə isə 11 min 300 plan yeri müəyyənləşdirilib. Bu göstərici ümumi qəbul planının 34 faizinə bərabərdir.
İlqar Bayramlı qeyd edib ki, qəbul planının bölgüsü peşə təhsilinin yerli əmək bazarının tələblərinə daha yaxın şəkildə təqdim olunmasını dəstəkləyir.
