Agentlik direktoru: Qadınların peşə təhsilində iştirak səviyyəsi 40 faizə yüksəlib

A- A A+

Peşə təhsilində inklüzivliyin və gender balansının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qadınların bu sahədə iştirak göstəriciləri artıb.

NUHÇIXAN xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

Direktor bildirib ki, qadınların peşə təhsilində iştirak səviyyəsi 2022-ci ildəki 32 faizdən 2025-ci ildə 40 faizə yüksəlib. Bu artım peşə təhsilində gender bərabərliyinin təşviqi, müxtəlif ixtisaslar üzrə iştirak imkanlarının genişləndirilməsi və inklüziv təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: