2022-2026-cı illərdə 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri tamamlanıb, 5 müəssisədə isə bu istiqamətdə işlər davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.
Direktor bildirib ki, hazırda 7 peşə təhsili müəssisəsi üzrə layihələndirmə işləri aparılır. 2024-2026-cı illərdə peşə təhsili müəssisələrində 46 yeni emalatxana yaradılıb. Eyni zamanda, 8 peşə təhsili müəssisəsində ümumilikdə 1000 yerlik yataqxana fəaliyyət göstərir.
