NUHÇIXAN xəbər verir ki, Şərur rayon Təhsil Şöbəsində “Seyid İmadəddin Nəsimi– əbədiyyət üfüqündə doğan günəş” adlı elmi praktik konfrans keçirilib. Konfransda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsi vurğulanıb. Qeyd olunub ki, “Nəsimi ili”ndə Şərur rayonunun məktəb kollektivləri şagirdlərin Nəsimi irsini daha dərindən mənimsəmələri üçün bir sıra maraqlı tədbirlər həyata keçiriblər. Bununla bağlı məruzələr dinlənilib.
Konfrans çərçivəsində İmaməddin Nəsiminin həyat və yaradıcılığından danışılıb, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqe, anadilli şeirimizin inkişafında rolu qeyd edilib.
Elmi praktik konfransın iştirakçıları Nəsimi yaradıcıllığı haqqında geniş fikir mübadiləsi aparıblar.