Valideynlərin diqqətinə: Bakının bəzi məktəblərində I sinfə sərbəst qəbul başlayır

A- A A+

İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə NUHÇIXAN-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Sərbəst qəbulun aparılacağı ümumi təhsil müəssisələri bunlardır:

• Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;

• Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;

• “Zəngi” liseyi;

• Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

• 132-134 nömrəli Təhsil Kompleksi.

Qeyd edək ki, 1-ci sinfə elektron qəbul prosesi müvafiq qaydalara uyğun olaraq davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: