Naxçıvan Dövlət Universitetinin müəyyən etdiyi hədəflər, davam etdirdiyi islahatlar, gətirdiyi yeniliklər, yaratdığı reallıqlar, əsaslarını qoyduğu uzunmüddətli perspektivlər və digər bu kimi dəyərlər, milli təhsilimizin olduqca zəruri tərəflərini təşkil edir. Dəyişən dünya çağırışlarının və tələblərinin yönünə, ruhuna və istiqamətinə işıq salan, yüksəklik gətirən, abadlıq verən proseslər, bu sahədə daha dinamik proseslər üçün təkan olmuşdur. Məhz Naxçıvan Dövlət Universitetinin xüsusilə də, son 6 ildən artıq bir müddət ərzində islahatlar, strukturlaşma və modernləşmə sahəsindəki yenilikləri ilə elm, tədris proseslərinin daha uğurlu təşəkkülünə həm zəm yaradır, həm onu səmərəliləşdirir, həm də perspektivliliyini gücləndirmiş olur.
Təbii olaraq, bütün bunlar, tələbəyönümlü tədris və ixtisaslaşma mühitinin güclü dayaqlarını yaradır. Eyni zamanda, bu, universitetin daxili mühitində olduğu kimi, ictimai yanaşmanın da alqışlanan rəğbətini ifadə edir. Əlbəttə ki, artıq Naxçıvan Dövlət Universitetinin abituriyentlərimiz tərəfindən dəyişməz ünvan olaraq qəbul olunmasında bu amil mühüm təsirə malik olmaqdadır.
600-700 bal intervalında nəticə göstərən gənclər, universitetimizin tələbəsi olmağın qürurunu yaşayırlar. Əmindirlər ki, ali məktəbdə ixtisas fərqi olmadan bütün fakültələrdə etibarlı ixtisaslaşma mühiti var və bu, onların cəmiyyətimiz üçün gərəkli mütəxəssis kimi formalaşmasında həlledici olacaqdır. Eyni zamanda, Naxçıvan Dövlət Universiteti:
- elmin və tədrisin milli hüdudlardan dünya müstəvisində inteqrasiyasına zəmin yaradır;
- yüksək bal toplayan gənclərin ixtisaslaşma sahəsindəki hədəflərinin reallaşmasını əlçatan edir;
- abituriyentlikdən tələbəliyə doğru uğurlu keçidin, tələbəlikdən məzunluğa doğru səmərəli mərhələnin, məzunluqdan isə cəmiyyətimiz üçün təcrübəli mütəxəssis olmanın etibarlı dayaqlarını formalaşdırır;
- milli hüdudlarda, ancaq dünya dilində ali təhsilin peşəkar modelini yaradır;
- tələbələrin yaradıcı ideyalarının, uğurlu təşəbbüslərinin, perspektivli layihələrinin motivasiya əsaslarını ortaya qoyur.
Təbii olaraq, bütün bunlarla da, tələbələr, həm dövlətimiz, həm də universitet rektoru tərəfindən tam olaraq dəstəklənir. Naxçıvan Dövlət Universitetinin seçilməsi, abituriyentlər üçün çoxsaylı əsaslarla müşayiət olunur. Hər şeydən əvvəl, cəmiyyətimiz üçün zəruri olan bütün ixtisaslar üzrə qəbul həyata keçirilir. Həmçinin, ixtisaslaşma mühitində görkəmli elm adamlarının tədris fəaliyyəti ilə əhatə olunur, onlardan şəxsən elm öyrənmək imkanları əldə edirlər. Bunlarla yanaşı, bir sıra layihə və proqramlar əsasında mobillik və ikili diplom layihələrində təmsil oluna bilirlər. Və əlbəttə ki, bütün bunlarda dost rektor qazanırlar. Beləliklə, yüksək bal toplayan abituriyentlər, elə seçimləri ilə yüksək də uğurların ilk addımlarını atırlar. Qarşıda bunun real nəticələrini birlikdə görəcəyik.
600-700 bal intervalında nəticə göstərən növbəti abituriyentlərin də seçimi Naxçıvan Dövlət Universitetinin olması heç də təsadüfi deyil, hətta gözlənilən oldu. Çünki, bu seçimlər, dövrün çağırışlarını, tələblərini yaxından izləyən, təhlil edə bilən, ondan düzgün qənaətə gələn gəncliyin seçimidir. Müasir dövrdə hüquq elminin öyrənilməsində, onun milli və beynəlxalq səviyyələrə çıxış imkanlarının daha da əlçatan olmasında, daha doğrusu, tədrisi Azərbaycan və ingilis dillərində olan hüquqşünaslıq üzrə ixtisaslaşmaların təminalılığında Naxçıvan Dövlət Universitetinin təklif etdiyi perspektivlər daha effektiv görünür.
Həmçinin digər ixtisaslar üzrə də belədir. Universitetin bütün fakültələrində qəbul planlarında tədrisi xarici dillərdə olan ixtisasların nəzərdə tutulması, gənclər üçün olduqca böyük avantajlar, hüquqlar, imkanlar gətirməkdədir. Bütün bunlar müstəvisində, Naxçıvan Dövlət Universiteti:
- Azərbaycan elminin və tədrisinin dünya elm və tədrisinə dolğun əsaslarla inteqrasiya olunmasına yol açır;
- bu sahədə, müvafiq resurslardan və təsisatlardan yerində və səmərəli istifadə etməyi bacarır;
- ixtisasların mənimsənilməsi ilə birlikdə, eyni zamanda, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının iqliminin, coğrafiyasının, iqtisadiyyatının, memarlığının, mühəndisliyinin, ədəbiyyatının dünya elminə tanıtımını, təqdimatını və öyrənilməsini əlçatan edir;
- dünya universitetlərinin diqqətini ölkəmizə, xüsusilə də, Naxçıvan Dövlət Universitetinə cəlb edir;
- müəllim və tələbələrin mobilliyinin və faydalı layihələrdə qarşılıqlı iştirakının perspektivlərini açmış olur və s.
Artıq ixtisas seçimlərinə az qalır. Yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanan hər bir abituriyent cari tədris ilində də həmin hədəflər istiqamətində arzularını reallaşdırmaq istəyirlər.
Abituriyentlərlə, 600-700 bal arası nəticə göstərən abituriyentlərlə görüşlərimizdən belə qənaətə gəlirik ki, onların hər biri seçimlərində Naxçıvan Dövlət Universitetinin dəyişməz ünvan olaraq müəyyən olunmasına qərar veriblər. Çünki, onlar yaxşı bilirlər ki, tələbəlikdən məzunluğa qədər keçən bütün mərhələlər, Naxçıvan Dövlət Universitetinin dəstəyi, qayğısı və diqqəti ilə daha etibarlı görünür.
Universitetin bütün fakültələrində yaradılan əlverişli elm və tədris mühiti, zəruri infrastruktur və digər mühüm təsisatlar, tələbələrin daha rahat əlçatanlıq imkanlarına hesablanmışdır. Bunlarla yanaşı, yeni ixtisasların yaradılması, onların ölkəmizlə yanaşı, eyni zamanda, beynəlxalq əmək bazarının tələbləri müstəvisində də son dərəcə aktuallığa malik olması, abituriyentlər üçün səmərəli və məqsədyönlü qərar verilməsi də olduqca mühüm amil olmuşdur.
Bu mənada da, Naxçıvan Dövlət Universitetinin öncül fakültələrində biri olaraq, İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri üçün yaradacağı imkanlar içərisində bir sıra aktual ixtisaslar həm var, həm yeniləri yaradılır, həm də olduqca yüksək savada malik kadr və mütəxəssis hazırlığı həyata keçirilir.
Əziz abituriyentlər! İqtisadiyyat və İdarəetmə fakültəsinin Sizin üçün yaratdığı imkanlar, həm də:
- iqtisad elminin elmi və nəzəri baxımdan müasir yanaşmalar və reallıqlar əsasında öyrənməyinizə zəmin olur;
- ixtisaslı, peşəkar və təcrübəli pedaqoji heyətlə birlikdə iqtisad elminin regional, milli və qlobal miqyaslarda mənimsəməyə dəstək olur;
- İqtisad elminin Azərbaycan dili ilə yanaşı, həm də, ingilis dilində tədrisini əlçatan edir;
- İkili diplom layihələrində və müxtəlif mobillik proqramlarında təmsil olunmaq üçün şərait yaradır;
- İqtisad elmi və sosial sferalarda imzası böyük elmi və pedaqoj ictimaiyyət tərəfindən tanınan və qəbul olunan görkəmli alim və mütəxəssislərlə canlı görüşmək, onlardan öyrənmək, ünsiyyətdə olmaq, onların tələbəsi olmaq kimi arzularınızı reallaşdırır;
- müxtəlif yaradıcı təlimlərdə, layihələrdə iştirak, müəlliflik və ideyalarla təmsil olunmaq imkanları yaradılır;
- çoxistiqamətli stimullaşdırıcı və motivasiyaedici tədbirlərlə əhatə olunmaq kimi perspektivlər tanınır;
- nəzəriyyə ilə təcrübə arasında səmərəli keçid, əlaqələndirmə və əsaslandırma mexanizmlərinin əhəmiyyətliliyini təmin edir ki, bunlar da, məhz Sizin üçündür.
Naxçıvan Dövlət Universitetinin qarşıdakı beş il müddətinə institusional akkreditasiyadan uğurla keçməsi hər birimiz üçün yeni qürurverici nəticə oldu. Yaradılan etibarlı infrastruktur təsisatlarının elm və tədris proseslərinə düzgün istiqamətləndirilməsi bütün tərəflərinə görə uzun illərə söykənən güclü təcrübənin də gerçək ifadəsi oldu. Burada, həmçinin, universitet idarəetməsinin, qərarvermənin, strategiyaların, konseptual yanaşmaların, sistemli baxışın olduqca yaradıcı nəticələnməsinin ifadəsi qeyd oluna bilər.
Universitet, bir qayda olaraq, elm və tədris prosesləri ilə yanaşı, eyni zamanda:
- struktur idarəetməsi:
- islahatların düzgün aparılması;
- alt bazanın səmərəli yaradılması;
- zəruri (maliyyə, iqtisadi, əmək və s.) resurslardan məqsədyönlü idarə olunması;
- şəffaf istifadə imkanlarının yaradılması;
- ədalətli qərarvermənin diqqətdə saxlanılması;
- tələbəyönümlü tədris proseslərinin özünə kök salması;
- tələbələrin elmi araşdırmalara motivasiya olunması və s. kimi məsələlər baxımından olduqca mühüm nəticələr ortaya qoymuşdur.
Qarşıdakı beş il ərzində daha dinamik fəaliyyətin, xüsusilə də, modern ixtisaslaşma mühitinin yaradılması, milli və beynəlxalq tədris imkanlarının ixtisaslaşma proseslərinə təsirinin gücləndirilməsi, daha peşəkar, daha təcrübəli və daha dinamik kadr potensialının yaradılması sahəsində həm pedaqoji heyətin, həm də tələbə potensialının gücləndirilməsi və digər nailiyyətlər mümkün olacaq.
Son altı il ərzində reallaşdırılmış tədbirlər, davam etdirilən islahatlar Naxçıvan Dövlət Universitetinin akkreditasiya qədərki potensialının düzgün yaradıldığını, akkreditasiya mərhələsində səmərəli müşayiət olunduğunu və akkreditasiyadan sonrakı nəticənin isə qürurverici olduğunu təmin etmiş oldu.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
