Tələbə rəssamların “Məzun” sərgisi - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər  İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə İnstitutun təsviri incəsənət müəllimliyi   ixtisası üzrə IV  kurs  tələbələrinin əsərlərinin sərgisi olub.  Sərgidə İnstitutun rektoru  Elbrus  İsayev tələbələrin  əl işləri haqqında və onların qazandığı  uğurlardan danışıb.  Qeyd edilib ki, 2018-2019-cu tədris ilində İnstitutun rəssam tələbələri bir sıra müsabiqə və festivallarda uğurlu nəticələr göstərərək qalib olublar. Sərginin rəngarəngliyi və peşəkar işlərin çoxluğu İnstitutda rəssam-tələbələrin təhsili üçün yaradılan mükəmməl maddi-texniki bazanın göstəricisidir. “Ebru”, “Heykəltaraşlıq”, “Rəsm” kabinələrində yaradılan maddi texniki və tədris imkanları bundan sonra daha peşəkar kadrların yetişməsinə öz töhfəsini verəcəkdir.

İncəsənət  kafedrasının  baş müəllimi, Naxçıvan Muxtar respublikasının əməkdar rəssamı Həbibə  Allahverdiyeva  sərgidə IV  kurs tələbələrinin 70 dən  artıq portret, mənzərə, qrafika janrlarında rəsm əsərləri və dekorativ tətbiqi sənəd  nümunələrinin nümayiş olunduğunu bildirib. Sərgidə iştirak edən tələbələrdən Aysu Süleymanova, Səkinə Musayeva, Rəmzi  Rzayev öz əl işləri barədə tamaşaçılara məlumat verib. 

Sərgi 5 gün daha davam edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: