Mayın 4-də ABŞ-ın “SpaceX” şirkəti “Dragon” kosmik yük gəmisini fəzaya buraxıb. Birləşmiş Ştatların Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli Agentliyinin (NASA) məlumatına görə kosmik gəmi Beynəlxalq Kosmik Stansiyaya doğru yol alıb.
NUHÇIXAN NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Falcon” raketdaşıyıcısı ilə kosmosa göndərilən 17-ci kosmik gəmi Agentliyin Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromundan fəzaya buraxılıb. Bildirilir ki, buraxılışdan sonra raketdaşıyıcının ilk çoxdəfəli pilləsi Atlantik okeanında enmə əməliyyatını da uğurla yerinə yetirib. İkinci pillənin ayrılmasından dərhal sonra kosmik gəmi müstəqil uçuşa başlayıb, onun kənarlarındakı enerji mənbəyi olan günəş batareyaları olan qanadlar açılıb.
“Dragon”un Beynəlxalq Kosmik Stansiyaya 2,5 ton ərzaq, avadanlıq və ekipaj üzvlərinin apardıqları elmi tədqiqatlar üçü müxtəlif materiallar apardığı bildirilir. Onun stansiya ilə birləşməsi mayın 6-da baş verəcək.