Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

A- A A+

2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi avqustun 5-dən etibarən müvəqqəti olaraq dayandırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: