Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib

A- A A+

Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, yenilənmiş proqram 2026-cı ilin sentyabr ayından qüvvəyə minəcək.

Bildirilib ki, proqrama “Microsoft Excel” proqram təminatının bəzi funksiyalarının praktik tətbiqinə dair mövzular daxil edilib. Dəyişikliklər dövlət qulluğuna, magistraturaya qəbul və ali təhsil pilləsi üzrə digər təyinatlı imtahanlarda tətbiq edilən “İnformatika” və “İnformasiya texnologiyaları” fənləri üzrə proqramların təhlili və ekspertlərin təklifləri əsasında hazırlanıb.

Namizədlərə metodiki dəstək məqsədilə yeni mövzular üzrə nəzəri izahları və praktik nümunələri özündə əks etdirən metodik material da hazırlanıb.

DİM dövlət qulluğuna qəbul imtahanına hazırlaşan namizədlərə hazırlıq prosesini yenilənmiş proqram əsasında davam etdirməyi tövsiyə edib. Yenilənmiş imtahan proqramı ilə buradan tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: