V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Kitabçanın elektron versiyasını (PDF formatında) https://abiturient.az saytından əldə etmək mümkündür.
