RK və Rİ altqrupları üzrə müsabiqə hüququ qazanan abituriyentlərin sayı məlum olub

A- A A+

İmtahan nəticələrinə əsasən I ixtisas qrupu üzrə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanan abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 662, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 12 min 622 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.

I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 8 073, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 10 min 999 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: