Məleykə Abbaszadə: Abituriyent əzmlə, çox ciddi çalışarsa, bir il ərzində real nəticəni 200 bala qədər yüksəldə bilər
Dördüncü qrupda ən yüksək müsabiqə vəziyyəti tibb ixtisasıdır. Uzun illərdir ki, bu ixtisasda müsabiqə vəziyyəti 600 baldan yuxarıdır və keçid balı kifayət qədər yüksək olur.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda söyləyib.
DİM rəhbəri abituriyentlərə müraciətlə deyib: “Əgər siz tibb ixtisasını istəyirsinizsə, bir neçə il çalışmaqla həmin yüksək nəticəni əldə etməyə hazırsınızmı? Yoxsa siz bunu dəyişə bilərsiniz?”. Məleykə Abbaszadə qeyd edib ki, abituriyentlər gərək bu suallara cavabları özləri müəyyən edələr. Onun sözlərinə görə, abituriyent əzmlə, çox ciddi çalışarsa, bir il ərzində real nəticəni 200 bala qədər qaldıra bilər.
