Kurikulum əsasında qiymətləndirmə vasitələrinə dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə

A- A A+

Dövlət İmtahan Mərkəzində (DİM) 2019-cu il oktyabrın 9-dan yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat mayın 7-dən oktyabrın 7-si saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd:

Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91, daxili nömrə: 1-32).

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində oktyabrın 9-dan fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) bu qrafikə uyğun aparılacaq:

 

Fənnin adı

Həftənin 

günü    

Başlanma 

vaxtı

İngilis dili

  I

  09:00

Azərbaycan dili

  I

 15:00

Kimya

  II

  09:00

Fizika

  III

  09:00

Rus dili

  III

  12:00

Biologiya

  IV

  08:30

Tarix

  IV

12:30

Coğrafiya

  V

08:30

Riyaziyyat

  V

11:00

Hazırlıq kurslarının keçirildiyi ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

DİM-in regional bölmələrində:

Naxçıvan MR-də (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02;

Gəncədə (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67;

Lənkəranda (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82;

Xaçmazda (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21;

Şəkidə (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14;

Şirvanda (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23;

Göyçayda (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74;

Bərdədə (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86;

Şəmkirdə (Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”); Tel: (051) 566-41-73.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: