Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

A- A A+

Ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupunun DT altqrupu üzrə 893 nəfər, TC altqrupu üzrə isə 10 nəfər 600 və daha çox bal toplayıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, imtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə edib. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 min 350 yer olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulur. Həmin yerlərdən 4min 140-ı dövlət sifarişi əsasındadır. III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupu üzrə ümumilikdə 13 min 373 (o cümlədən Azərbaycan bölməsində 10 min 423, rus bölməsində 1135, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1815) yer ayrılıb. DT altqrupu üzrə dövlət sifarişi əsasında 3 min 920 plan yeri var.

TC altqrupu üzrə isə ümumilikdə 2 min 180 (o cümlədən Azərbaycan bölməsində 1425, rus bölməsində 220, hər iki bölmənin birgə müsabiqəsi üzrə 535) yer ayrılıb. TC altqrupu üzrə dövlət sifarişi əsasında 220 plan yeri mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: