Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

A- A A+

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb.

Elm və Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb.

Avqustun 17-dən 24-dək tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: