DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

A- A A+

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, abituriyentlər və subbakalavrlar avqustun 19-u saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiq etməlidirlər. Avqustun 18-i saat 10:00-a olan məlumata əsasən, 70 min 519 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Müsabiqədə iştirak edənlər ixtisas seçimi ilə bağlı “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiq edilməsi qaydaları, müsabiqə şərtləri və ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlərlə bağlı ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən edilmiş tarixlərdə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: