Avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 22-də rəqəmsal SAT imtahanı keçiriləcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahan Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda təşkil olunacaq. İmtahanda iştirak edəcək namizədlər qeydiyyatdan keçdikləri test mərkəzinə diqqət yetirməli və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana yaxınlaşmalıdırlar.

İmtahan mərkəzlərinin ünvanları aşağıdakılardır:

Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129);

Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582).

İştirakçılar saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar. Onlar özləri ilə şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, buraxılış vərəqəsi (“Admission Ticket”), həmçinin “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet və adapter gətirməlidirlər.

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq. İmtahan iştirakçılarına əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama vərəqləri imtahan mərkəzi təqdim edəcək.

Notbuk və ya planşetini imtahan mərkəzinə gətirməyən, eləcə də “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçməyən şəxslərin imtahana buraxılması mümkün olmayacaq. Bildirilib ki, avqustun 22-də keçiriləcək SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq test set-up prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra buraxılış vərəqəsi iştirakçılara onlayn təqdim ediləcək.

Qeyd edək ki, 2026-cı ildə SAT imtahanlarının DİM-in hər iki binasında sentyabrın 12-də, oktyabrın 3-də, noyabrın 7-də və dekabrın 5-də keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: