“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

A- A A+

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi ilə bağlı təlimat, həmçinin boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı təqdim edilib.

Nəşrdə magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və bakalavrlar üçün digər zəruri məlumatlar yer alıb.

Qeyd edək ki, jurnalın 6-cı nömrəsi həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda Azərbaycan dilində nəşr olunub

Nəşri DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Jurnalı, həmçinin “Abituriyent”in internet saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək olar. Nəşrin elektron versiyası PDF formatı www.abiturient.az saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: