2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri avqustun 24-də elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri, o cümlədən 4 215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 28 min 108 nəfəri, o cümlədən 1145 subbakalavr dövlət sifarişi əsasında, 317 nəfəri, o cümlədən 58 subbakalavr dövlət hesabına, 30 min 522 nəfəri, o cümlədən 3012 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin qəbul planı 97,07 faiz dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparıldıqdan sonra bu göstəricinin bir qədər də yüksələcəyi gözlənilir.
Qeyd olunub ki, rəqəmlər ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə bu il tələbə adını qazananların sayının 1711 nəfər artdığını göstərir. Eyni zamanda, dövlət sifarişi və dövlət hesabı əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur.
