İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

A- A A+

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı plan yerlərinin dolma göstəricisi ən yüksək III ixtisas qrupu üzrə qeydə alınıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, III ixtisas qrupu üzrə plan yerlərinin 99,84 faizi dolub. Bu qrupun TC altqrupunda isə plan yerləri tam dolub və boş yer qalmayıb.

Qeyd olunub ki, III ixtisas qrupu üzrə müsabiqə iştirakçılarının sayı ilə plan yerlərinin nisbəti əvvəlcədən müsabiqə vəziyyətinin yüksək olacağını proqnozlaşdırmağa imkan verib. Həmçinin bu qrup üzrə subbakalavrların tələbə adını qazanmaq şanslarının az olacağı vurğulanıb. Müsabiqənin nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazanıb.

II ixtisas qrupu üzrə plan yerlərinin 97,52 faizi dolub. Bu qrup üzrə subbakalavrların da ali təhsil müəssisələrinə qəbul olmaq imkanları olub. Ən çox subbakalavr məhz II ixtisas qrupu üzrə ixtisaslara qəbul olunub. Belə ki, bu qrup üzrə 2319 subbakalavr tələbə adını qazanıb.

I ixtisas qrupu üzrə plan yerlərinin 96,64 faizi dolub. Bu qrup üzrə ixtisaslara 1197 subbakalavr qəbul olunub. IV və V ixtisas qruplarında isə plan yerlərinin dolma göstəricisi müvafiq olaraq 91,91 faiz və 93,71 faiz təşkil edib. IV ixtisas qrupu üzrə 627, V ixtisas qrupu üzrə isə 72 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: