2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, qəbulun II mərhələsində müraciətlər sentyabrın 3-ü saat 18:00-dək həyata keçiriləcək.
Qəbul qaydalarına əsasən, ilk və texniki peşə təhsili səviyyələri üzrə tələbə qəbulu ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul isə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
Namizədlər qəbul üçün elektron qaydada portal.edu.az platforması vasitəsilə müraciət edə bilərlər.
