Yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.
Bu barədə NUHÇIXAN-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Yarımkölgəli Ay tutulması saat 05:23-də, qismən tutulma saat 06:33-də başlayıb. Maksimum tutulma saat 08:12-də olub. Qismən tutulma saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.
