NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: MÜASİR ELM VƏ TƏHSİL MƏRKƏZİ

A- A A+

 

Elm və təhsil proseslərinin müasir inkişaf mərhələsinə diqqət etdikdə aydın olur ki, ölkələr istər milli zəmində, istərsə də, beynəlxalq miqyasda, cəmiyyətin aktual hesab etdikləri sosial münasibətlər sisteminin fəal fazasını təşkil edən ixtisaslaşma mühitini zəruri hesab edirlər. Çünki, belə bir zərurət, universitetlərin cəmiyyətdən aldığı güclə, formalaşdırdığı potensialı məhz cəmiyyətin özü üçün səfərbər edir. Bir qayda olaraq, universitetlər, kadr hazırlığı proselərini həyata keçirərkən, sosial və iqtisadi münasibətlər sisteminin fəal daşıyıcı qüvvəsini formalaşdırır və ölkənin milli təhsilinin uzunmüddətli hədəflərinin daha da əlçatan olmasına təminat verirlər. Məhz bu proseslər, qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin timsalında cəmiyyət üçün çoxistiqamətli üstünlüklər təmin edirlər ki, bu da, eyni zamanda cəmiyyətin sosial-iqtisadi inkişafına çoxşaxəli töhfələr verir, onun aparıcı qüvvəsi olaraq, tələbələrə peşə və ixtisas qazandırır. Bunlarla yanaşı, xüsusilə:

- hər şeydən əvvəl, bu, insan kapitalının inkişafını və perspektivliliyinin təmin olunması ilə müşayiət olunur. Həmçinin, müasir bilik və bacarıqlara malik olan mütəxəssislərin hazırlanması proseslərinə yol açaraq, ölkənin milli insan kapitalını daha da təkmilləşməsinə zəmin yaradırlar;

- bununla yanaşı, əmək bazarının dəyişən tələblərinə müvafiq olaraq, onun tələbatının həm öyrənilməsinə, həm də qarşılanmasına imkan verir. Olduqca fərqli sferalar üzrə ixtisaslı kadrların hazırlanması şirkətlərin, müəssisələrin və dövlət qurumlarının təcrübəli, peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradır;

- makroiqtisadi zəmində, iqtisadi səmərəliliyin yüksəldilməsinə təsir edir. Təcrübəli və yüksək ixtisaslı mütəxəssislər müəssisələrdə daha faydalı idarəetmə, yenilikçilik və istehsal resurslarının təşəkkülünə dəstək olurlar;

- ölkənin sosial dayanıqlılıq sahəsindəki hədəflərinin dolğun olaraq ifadə olunduğu proseslərin gedişinə zəmin olur. Bu məqsədlə, makroiqtisadi zəmində, sosial bəla kimi özünü göstərən işsizlik səviyyəsinin minimuma endirilməsinə şərait yaradırlar. Həmçinin, əmək bazarının dəyişən tələblərinə müvafiq olaraq, ixtisaslaşmış məzunların formalaşdırılması onların məşğulluq perspektivlərinin şaxələnməsinə əsaslı imkanlar yaratmış olur;

- ardıcıl, sistemli və dinamik elmi-tədqiqat proeslərini, həmçinin innovasiyanı inkişaf etdirirlər. Ali məktəblər yeni inteqrasiyanın təşəkkülü, texnologiyaların hazırlanması və onların təcrübədə reallaşması məqsədilə əhəmiyyətli və səmərəli şəraitin yaranmasına təminat verir;

- idarəetmənin olduqca təkmil və səmərəli mexanizmlərinə yol açmış olur. Bu sahədə, xüsusilə də, səmərəli ideya və təşəbbüslərin ortaya qoyulmasına əsaslar gətirmiş olur. Sahibkarlığın perspektivliliyinə və onun uzunmüddətli hədəflərinə əlçatanlıq gətirmiş olur. Ali məktəblərdə qazanılan təcrübələr və biznes keyfiyyətləri məzunların innovasiyalı müəssisələr, startaplar və innovativ layihələr ortaya qoymasına imkan verir;

Yuxarıda göstərilən məsələlər, universitetlərin elmi və pedaqoji sferalar üzrə fəaliyyətinə daha da işıq salır. Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr, bu mənada, cəmiyyətin maraqlarına tamamilə uyğun olmaqla, davamlı xarakterə malik olur, eyni zamanda, onun davam edən islahatçı məqsədlərinin əsas mahiyyətini göstərir. Universitetin bütün fakültələrinin maddi-texniki bazasının gücləndirilməsi, modern və yeni, innovativ və texnologiya təminatlı potensialının yaradılması, nəzəri və təcrübi mexanizmlərinin təkmilləşdirilməsi elm və tədris prioritetlərinin ana xəttini təşkil edir. Müasir araşdırma mühitinin yaradılması, bu sahənin resurs təminatının gücləndirilməsi, onun nəticələrinin yenidən elmi dövriyyənin daha mütərəqqi keçidi üçün tədbirlərin həyata keçirilməsi Naxçıvan Dövlət Universitetinin çoxistiqamətli kadr və mütəxəssis hazırlığının əsasını təşkil edir. 

Yeni tələblər və çağırışlar əsasında qəbul planlarının, təhsil proqramlarının və tədris planlarının hazırlanması, tədrisi xarici dillərdə olan ixtisaslar üzrə qəbul göstəricilərinin artan dinamikada təşəkkül tapması olduqca mütərəqqi təhsil standartlarının müəllifi olaraq Naxçıvan Dövlət Universitetinin uğurları içərisində yer almaqdadır. Məhz fizika-riyaziyyat fakültəsində də, bu sahədə yeni nəticələr özünü göstərməkdədir. Artıq yeni 2026-2027-ci tədris ili üçün fakültədə, “tədrisi ingilis dilində olan riyaziyyat müəllimliyi” ixtisasına da qəbul aparıldığını qeyd etmək yerinə düşər. Bununla yanaşı, “fizika”, “fizika müəllimliyi”, “riyaziyyat müəllimliyi” kimi ixtisaslarda da kadr və mütəxəssis hazırlıqları həyata keçirilmişdir. Olduqca strateji əhəmiyyətli uğurdur ki, həm də, ölkənin sosial-iqtisadi münasibətlər sistemində müasir rəqəmsallaşma mərhələsinə keçidin nəticəsi olaraq, “riyaziyyat və informatika müəllimliyi” ixtisasına həm də raqəmsal bacarıqlar üzrə qəbul aparılmışdır. 

Naxçıvan Dövlət Universitetinin ərazisində inşa olunan Tenologiyalar parkının üstünlükləri ali məktəbin yaxın, orta və uzaq gələcək üzrə perspektivlərini daha da əlçatan edir. Həm də Naxçıvan Muxtar Respublikasının makroiqtisadi inkişafı üçün olduqca əhəmiyyətli olacaq strukturlaşma poseslərinin gedişində Texnoparkın mühüm əhəmiyyəti olacaq. Belə ki, orada, biznes inqubatorlarının, xarici rezidentlərlə bağlı ofislərin, Sənaye parkları ilə bağlı olan bölmələrin, müxtəlif təsərrüfatçılıq imkanlarının yaradılması daha mütərəqqi nəticələrin əldə olunmasına təminat yaratmış olacaq. Eyni zamanda, müxtəlif strukturlar tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi Texnopark imkanlarının yeni universitet quruculuğu sahəsindəki rolunu daha da artırmış olacaq. Təbii olaraq, bu, elm və tədris sahələri üzrə zəruri inftastrukturun yaradılması, kadr və mütəxəssis hazırlığının olduqca mühüm tərəflərini özündə əks etdirməkdədir.

Naxçıvan Dövlət Universitetində müəyyən olunan tədris prosesləri xüsusilə də, son altı ilin xronikasında olduqca etibarlı nəticələrlə müşayiət olunmaqdadır. STEAM Mərkəzinin yaradılması, Texnologiya Mərkəzinin fəaliyyətinin təmin olunması, elektronlaşma və alternativ imkanlar üzrə resurslardan səmərəli istifadə olunması universitetin bu sahədəki perspektivlərini daha da gücləndirmişdir. Bütün bunlar, əlbəttə ki, tələbəyönümlü tədris proseslərinin inkişafına, tədrisin keyfiyyət təminatının yüksəldilmiş olmasına, bütünlükdə isə, universitet hədəflərinin etibarlılığına təminat verməkdədir.

Vüqar Salmanov

Naxçıvan Dövlət Universitetinin dosenti,

Riyaziyyat üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: