Məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi həm ölkənin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında, həm də Elm və Təhsil Nazirliyinin və Agentliyin fəaliyyət planlarında əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
“Bu istiqamətdə bir neçə model və proses həyata keçirilib. Ənənəvi dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, dövlət bağçalarında qrup və uşaq yerlərinin sayının artırılmasına da nail olmuşuq. Əvvəlki illə müqayisədə 6 mindən çox əlavə yer elan edilib və ümumi göstərici 112 minə çatıb”, – deyə Eşqi Bağırov qeyd edib.
