Məktəbəhazırlıq qruplarının təşkili məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində əsas modellərdən biridir.
NUHÇIXAN xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, 2016-cı ildən tətbiq olunan layihə çərçivəsində ümumi təhsil müəssisələrində 5 yaşlı uşaqların məktəbəhazırlığı təmin edilir.
“Bu istiqamətdə də ölkə üzrə ən yüksək nəticə əldə olunub. Bu il məktəbəhazırlıq qruplarında qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb”, – deyə Eşqi Bağırov qeyd edib.
