Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetin Tibb fakültəsində Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama-ginekologiya kafedrasının professoru İzzət Şamxalovanın iştirakıyla növbəti ustad dərsi keçiriib. Dərsdə fakültənin Müalicə işi, Profilaktika ixtisasının tələbələri və müəllimləri iştirak ediblər. Mühazirələr hər gün iki dərs olmaqla iki gün davam edib.
Professor müəllim və tələbələrin suallarını cavablandırıb, mühazirələr qarşılıqlı diskussiya şəklində keçirilib.
Səadət Əliyeva