Emin Əmrullayev: “Mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməliyik

A- A A+

Təhsil siyasətinin düzgün şəkildə sinif otağına qədər çatdırılması və müəyyənləşdirilən yanaşmaların təhsil prosesində həyata keçirilməsi vacibdir.

NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərin keyfiyyəti artırılmalı, məktəbəqədər təhsilin əhatəliliyi genişləndirilməli, məktəblərdə nizam-intizam təmin olunmalı və şagirdlərin dərsə vaxtında gəlməsi diqqətdə saxlanılmalıdır. Müəllim sinfə daxil olduqda əsas məqsədi dərsin sonunda şagirdlərin yeni bilik və bacarıqlar əldə etməsinə nail olmaqdır.

Emin Əmrullayev qeyd edib ki, bu istiqamətdə təhsil sisteminin bütün iştirakçılarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. O, xüsusilə müəllim və direktorların yanaşmasında “mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməyin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, yaxşı təhsil sistemində məktəblər arasında keyfiyyət baxımından ciddi fərqlər olmamalıdır. Azərbaycan vətəndaşının hansı məktəbdə təhsil almasından asılı olmayaraq, eyni keyfiyyətli təhsil imkanlarına malik olması əsas hədəflərdən biri olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: