Yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərslik çap olunaraq məktəblərə çatdırılıb

A- A A+

Tədris ili başlamazdan əvvəl 7 milyon nüsxədən çox dərslik çap olunub və məktəblərə çatdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni tədris ilinə hazırlıq çərçivəsində 49 adda dərsliyin məzmunu müasir standartlar nəzərə alınmaqla təkmilləşdirilib və ya yenilənib. Ümumilikdə 325 adda dərsliyin çapı yekunlaşdırılıb və 7 milyondan çox nüsxə dərslik ölkə üzrə məktəblərə paylanılıb.

Qeyd olunub ki, təkmilləşdirmə işləri beynəlxalq qiymətləndirmə tədqiqatlarının yanaşmaları və müasir pedaqoji prinsiplər əsasında aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: