“Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin sayı 30 faiz artırılaraq 2025–2026-cı tədris ilindəki 771-dən 2026–2027-ci tədris ilində 1001-ə çatdırılıb. Layihə ilə əhatə olunan şagird sayı isə 528 mindən 630 mindən çoxa yüksəlib. Layihənin əsas məqsədi İKT bacarıqları, rəqəmsal səriştə və informasiya məkanında təhlükəsizlik bacarıqlarının artırılmasıdır.
