Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir - FOTOLAR
Bu gün Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq birinci sinfə gedir.
Bu barədə NUHÇIXAN-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.