“Naxçıvan” Basketbol Klubu ötən mövsüm komandanın əsas liderlərindən biri olan Camaal Brantley ilə müqavilənin müddətini uzadıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, 34 yaşlı basketbolçu ilə birillik yeni müqavilə imzalanıb.
198 santimetr boya malik təcrübəli oyunçu 2024-2025-ci illər mövsümündə “Neftçi”nin heyətində çıxış edib. O, həmin mövsüm Azərbaycan Basketbol Liqasında gümüş medal qazanıb.
