Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər

A- A A+

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunacaqlar.

NUHÇIXAN xəbər verir ki, "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə edilən dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: