Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini NDU-da davam etdirəcəklər

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.

Onun sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunun NDU-ya birləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb:

"Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və müəllimlərinin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı NDU-da tədris olunur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və NDU-nun diplomunu alacaqlar".

Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: