Şahtaxtı kənd tam orta məktəbində kitab müzakirəsi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı müzakirə olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru Ehtimad Məmmədov kitab barədə məlumat verib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü miniilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayır.
Sonra çıxış edənlər bildirib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” adı ilə təqdim olunan kitab xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirilir. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.
Sonda şagirdlərin kitab haqqında fikirləri dinlənilib və onlar esse yazıblar.