Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası mayın 16-na olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı aşağı səviyyədə olub.
10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Günəş fəallığı mayın 16-dan 18-dək çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Mayın 18-də CME təsirinin azalacağı, Günəş küləyinin fon rejiminə geri dönəcəyi gözlənilir.
Proqnoz dövründə ilk iki gün (mayın 16 və 17-də) geomaqnit sahədə həyəcanlaşmaların artacağı, G1 səviyyəli, bəzən isə G2 səviyyəli qasırğalar olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı mayın 16-da 35 faiz, 17-də 30 faiz qiymətləndirilir.