Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halidə Edip Məsləki və Teknik Anadolu Lisesində bir aylıq təcrübə kursu keçib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, kollecin 2 müəllim və 10 tələbədən ibarət heyəti Anadolu Lisesində müasir nəzəri biliklərə, Yıldırım Beyazit adına Yenimahalle Eyitim və Araştırma xəstəxanasında isə praktiki vərdişlərə yiyələniblər.
Ortopedik, yoluxucu xəstəliklər, ümumi cərrahiyyə şöbələrində əməliyyatlardan sonrakı prosedurların yerinə yetirilməsinə iştirak ed’n hey’t kursu uğurla başa vuraraq Naxçıvana qayıdıb.
Türkiyə Respublikasının tanınmış klinika və məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.