NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Görkəmli pedaqoq, musiqişünas və rəssam Ərtoğrol Cavid-100” adlı elmi konfrans keçirilib.
Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi Azərbaycan mədəniyyətində zəngin irs yaradıb. O, qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunur.
Daha sonra “Ədəbi-bədii irsi zəngin və bənzərsiz şəxsiyyət”, “Ərtoğrol Cavid-yarımçıq qalmış ömrün notları” mövzularında çıxışlar olub.
Sonda görkəmli pedaqoq, musiqişünas, rəssam Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında slayd nümayiş edilib.
Seyfur Hacımuradov