Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

A- A A+

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları dinləyəcək.

Elm və Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən şəxslər oktyabrın 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna, yalnız iş günləri və iş saatlarında zəng edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi vasitəsilə elektron formada, həmçinin vatsap üzərindən +994 51 206 78 48 nömrəsinə müraciət göndərə bilərlər.

Qeyd olunub ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: