Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir

A- A A+

Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.

NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır:

"PISA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var".

Nazir vurğulayıb ki, təhsildə vacib məqamlardan biri də öyrənmədir:

"Təhsilin bütün mahiyyəti şagirdlə bağlıdır. Onların öyrənib-öyrənməməsi maraqlıdır. Şagirdləri kənarda qoyub, özümüzü müzakirə etməməliyik".

E.Əmrullayev əlavə edib ki, ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: