2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların müzakirəsi, test tərtibi metodikasının təkmilləşdirilməsi və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə oktyabrın 12-dən Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə elmi-metodik seminarlar başlayacaq.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, seminarların keçirilməsində əsas məqsəd imtahan materiallarının müzakirəsi və test tərtibi metodikasının təkmilləşdirilməsidir.
Fənlər üzrə elmi-metodik seminarların cədvəli ilə buradan tanış olmaq mümkündür.
