Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

A- A A+

Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına əməl etməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.

Bu barədə NUHÇIXAN-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-dən keçirilən monitorinqlər çərçivəsində şagirdlərin müəyyən edilmiş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına riayət etməsi araşdırılır. Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması vəziyyəti də diqqətdə saxlanılır.

Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar aşkar edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılır, zəruri hallarda valideynlər məktəbə dəvət olunur. Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.

Bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışlara da rast gəlinib. Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid halları qeydə alınıb.

Qeyd olunub ki, müəyyən edilmiş geyim tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi və icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: