2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının mayın 26-da keçiriləcək II mərhələsində 53 nömrəli proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar üçün test imtahanı buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Gəncə və Naxçıvan şəhərlərində isə bakalavrlar həmin proqram üzrə test imtahanını buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.