Akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, akademik, tibb elmləri doktoru, professor Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə dövlət qurumlarının, elmi müəssisələrin və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda akademik Ədilə Namazovanın məzarı ziyarət olunub, daha sonra alimin həyat və fəaliyyətinə həsr edilmiş sərgi nümayiş etdirilib.

Tədbirin açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış ediblər.

Proqram çərçivəsində akademik Ədilə Namazovaya həsr edilmiş videoçarx nümayiş etdirilib. Azərbaycan Tibb Universitetinin prorektoru tibb elmləri doktoru, professor Məlahət Sultanova alimin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, Azərbaycan Tibb Universitetinin dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə və akademik Ədilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: