Bu ilin üçüncü rübündə xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən açıqlanan statistikaya əsasən, ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb.
NUHÇIXAN-ın məlumatına görə, hesabat dövründə tibb üzrə 171, hüquqşünaslıq üzrə 150, iqtisadiyyat üzrə 98, biznesin idarə edilməsi üzrə 89, maliyyə üzrə isə 66 müraciət daxil olub.
Ümumilikdə 2026-cı ilin üçüncü rübündə TKTA-ya xarici kvalifikasiyaların tanınması ilə bağlı 1607 müraciət daxil olub. Bunlardan 1433-ü müsbət, 174-ü isə mənfi qərarla nəticələnib.
