“Springer” nəşriyyatında çap olunan “Ekofiziologiya, abiotik stressə davamlılıq və halofitlərin istifadəsi” kitabının bir fəslinin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşlarıdır.
Botanika İnstitutundan NUHÇIXAN-a bildirilib ki, kitabın “Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi: Azərbaycan” adlı fəsli Botanika İnstitutunun etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və laboratoriyanın elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümovanın həmmüəllifliyi ilə hazırlanıb.