Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin xətti ilə görülən işlərin həcmi artıb

A- A A+

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Göyçay, Şirvan, Şəmkir və Bərdə şəhərlərində fəaliyyət göstərən regional bölmələrin xətti ilə görülən işlərin həcmi xeyli artıb.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, elmi-statistik məlumatlara əsasən, bölmələrin səmərəli fəaliyyəti sayəsində rayonlarda çalışan müəllimlər yalnız təşkilati tədbirlərə deyil, elmi-metodik işlərə də cəlb edilib. Artıq 8 ildir ki, internet proqramlarının tətbiqi sayəsində DİM-in inzibati binası ilə bölgələr arasında canlı videobağlantı qurulur və bu yolla DİM-in nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodik seminarlarda ölkənin ayrı-ayrı rayonlarında çalışan müəllimlərin də iştirakı təmin edilir. Beləliklə, respublika üzrə bu sahəyə marağı olan müəllimlər üçün geniş imkanlar yaradılır. Bütün bunlar qəbul kampaniyasının keyfiyyətinə də müsbət təsir göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: